Xəbər lenti

Tankerləri İran partladıb - ABŞ faktları ƏLƏ KEÇİRDİ
 

ABŞ ordusu ötən həftə Oman körfəzində neft tankerlərinə qarşı təşkil edilən hücumun arxasında İranın olduğu və iddiaya dair dəlillərin tapıldığını açıqlayıb.

 

Bizim.az:  Publika.az xəbər verir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri Mərkəzi Komandanlığının başçısı Sin Kido bölgədəki müttəfiqləri ilə birgə araşdırma apardıqlarını və sübutlar əldə etdiklərini bildirib.

“Kukuka Courageous” adlı tanker hədəf alan hücum “limpet” minası ilə gerçəkləşdirilib. Hücum nəticəsində tankerə dəyən zərər bunun hava vasitəsilə edilmədiyini göstərir. Minalar İran ordusunun hərbi paradlarda nümayiş etdirdiyi minalara bənzəyir. Minalar suyun altına yerləşdirilib”, – komandir deyib.

Qeyd edək ki, ABŞ ordusu daha əvvəl hadisənin görüntülərini yayımlamışdı. Tankerlərə hücumu İran İnqilab Keşikçilərinin həyata keçirdiyini iddia etmiş, ötən gün isə hadisənin başqa görüntülərini mediaya təqdim etmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov