Xəbər lenti

ABŞ-dan Ermənistanla bağlı SENSASİON ADDIM: Qarabağda...
 

ABŞ Ermənistana maliyyə yardımının artırıb.



Bizimaz.az
 xəbər verir ki, Konqres Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılmasını təklif edən düzəlişi təsdiqləyib.

Amerika Erməni Milli Komitəsinin (ANKA) məlumatına görə, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.

Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi Konqresdə Tice Koks irəli sürüb.

Qeyd edək ki, Ermənistana ediləcək yardımın 40 milyon dollara qədər qaldırılmasını məhz Spiyer gündəmə gətirib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif dəstəkləyib.

Spiyer Konqresin Erməni Məsələləri üzrə Komitəsinin həmsədridir. Həm Spiyer, həm də Koks ANKA ilə çox sıx əlaqələrə sahibdirlər. Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar.

istinad




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov