Xəbər lenti

Trampa doğum günü "sürprizi": minlərlə insan bir araya gəldi və... - FOTO
 

ABŞ prezidenti Donald Tramp bu gün doğum gününü qeyd edir.

 

Bizimaz.az Publika.az -a istiadən xəbər verir ki, ABŞ-ın 45-ci prezidentinin 73 yaşı tamam olur.

Trampın özəl günü Nyu Yorkda etiraz aksiyaları ilə protest edilib. Manhetten bölgəsindəki Tramp Beynəlxalq Hoteli və Tover binasının qarşısında toplaşan etirazçılar Meksika sərhədində miqrantlara qarşı siyasət başda olmaqla, Trampın bir çox qərarlarına sərt reaksiya göstərib.

Xüsusilə, qanunsuz şəkildə ABŞ-da yaşayan miqrant ailələrin uşaqlarının qapalı məkanlarda saxlanması məsələsi şüarlarda səsləndirilib. Bildirilib ki, Tramp doğum gününü qeyd edərkən uşaqlar doğum günlərini ailələrindən kənarda keçirirlər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov