Xəbər lenti

Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğana... - FOTO
 

Türkiyədə “Luys TV” erməni və türk dillərində efirə çıxacaq ilk kanal olaraq fəaliyyətə başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda kanalın rəhbəri, jurnalist Aram Kuran bildirib.

O, təxminən 2 il əvvəl bu kanalı qurmaq üçün yola çıxdıqlarını deyib. Aram Kuran proqramların 70 faizinin erməni, 30 faizinin isə türk dilində yayımlacağını deyib. “Lyus” sözünün erməni dilində “işıq” anlamına gəldiyini deyən jurnalist 21 nəfərlik bir heyətlə çalışdıqlarını qeyd edib.

Kuran bu işdə ən böyük dəstəyi prezident Rəcəb Tayyib Ərdoğanın verdiyini deyərək ona təşəkkür edib.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov