Xəbər lenti

 
 

ABŞ və Polşa liderlərinin Vaşinqtonda baş tutan danışıqlarının nəticəsi olaraq, Şərqi Avropa ölkəsinə Birləşmiş Ştatlara aid “MQ-9” kəşfiyyatçı-zərbəçi dron eskadrilyasının yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunub

 

TASS-ın məlumatına görə, bu barədə prezidentlər Donald Tramp və Andjey Duda tərəfindən imzalanmış müdafiə sahəsində əməkdaşlıq haqqında birgə bəyannamədə deyilir.

Razılaşmaya əsasən, tələb olunan infrastrukturun yaradılması üzrə xərcləri Varşava çəkəcək, Vaşinqton hər hansı vəsait ayırmayacaq.

“Birləşmiş Ştatlar bu eskadrilyanın fəaliyyəti nəticəsində əldə olunan informasiyanı lazım gələrsə, bölüşmək niyyətindədir. Məqsəd müdafiə sahəsində olan tapşırıqların yerinə yetirilməsidir", - deyə sənəddə bildirilir.

Bəyannamədə Polşaya dislokasiya olunan ABŞ hərbi kontingentinin min nəfər (hazırda 4,5 min nəfər xidmət edir) artırılması ilə bağlı əvvəl elan olunmuş planlar təsdiqini tapıb.

oxu.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov