Xəbər lenti

Baş nazirin oğlundan Trampın ünvanına QƏRİBƏ SÖZLƏR: "Xalqımız ona səcdə edir"
 

“Donald Tramp İsraildə gerçək bir rok ulduzudur”.

 

Bizmaz.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu deyib.

ABŞ-da “Blaze” telekanalına müsahibə verən kiçik Netanyahu bildirib ki, israillilər Donald Trampa səcdə edir.

“İsraildə çoxluq Amerikaya, Donald Trampa səcdə edir. O, İsraildə gerçək bir rok ulduzudur. Tramp İsrail ilə yəhudi xalqının bu günə qədər Ağ Evdə sahib olduğu ən yaxşı dostdur. O, yəhudi tarixində daim xatırlanacaq”.

Baş nazirin oğlu Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini bu şəhərə köçürmə qərarını tərifləyib.


publika.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov