Xəbər lenti

ABŞ-ın “Amazon” şirkəti “Dünyanın ən bahalı 100 şirkəti”nin reytinqdə ilk pilləyə yüksəlib.

 

Bizimaz.az Axar.az-a istinadən   xəbər verir ki, bu barədə “Kantar Milvord Braun” agentliyi informasiya yayıb.

Ötən il reytinq cədvəlində 3-cü olan “Amazon” lider “Quql”u da geridə qoyaraq ilk pillənin sahibi olub. “Amazon” şirkəti son 1 il ərzində 1.5 dəfə böyüyüb.

Reytinqin ikinci pilləsində “Əpl”, üçüncü pillədə isə “Quql” qərarlaşıb. Növbəti pillələri “Maykrosoft”, “Visa”, Feysbuk və “Alibaba” tutub.

Rus şirkətlərindən heç biri dünya nəhənglərinin ilk yüzlüyünə düşə bilməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov