Xəbər lenti



İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi, məşhur türk futbolçu Məsut Özillə 2014-cü ilin Türkiyə gözəli Əminə Gülşənin bu axşam İstanbulda toy mərasimidir.

 

Bizimaz.az xəbər verir ki, dünən cütlüyün xınayaxdı mərasimi də keçirilib. Xına gecəsində yaxın dostları onları tək buraxmayıb. Məclisdə duyğusal anlar yaşanıb. Belə ki, Məsut Özil və nişanlısı Əminə Gülşə xınayaxdı keçirilən salona “Ölürüm Türkiyem” mahnısının sədaları altında giriblər.

 Qeyd edək ki, Özil toyqabağı nümunəvi addımla diqqət çəkib. Belə ki, o, "Kızılay"a müraciət edərək, Türkiyə və Suriyada maddi durumu ağır olan 16 min adama toy ziyafəti verib.

 

Bundan başqa Məsut özünün feysbuk səhifəsində izləyicilərinə çatdırıb ki, o Əminə ilə birgə ehtiyacı olan 1000 uşağın əməliyyat xərclərini ödəyəcəklər. “Dünyadakı uşaqlara kömək etmək istəyirik”, - deyə məşhur futbolçu bildirib.

 Türkiyə mətbuatının yaydığı məlumata görə, bu gecə İstanbulda otellərdən birində baş tutacaq toy mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı da gözlənilir.

İstinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov