Xəbər lenti

NATO-nun BÖYÜK QORXUSU: "Ümid edirik ki, Ankara bunu etməz"
 

“Ümid edirəm ki, Ankara Rusiyadan S-400 müdafiə komplekslərini qəbul etməyəcək”.

 

Bizimaz.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO üzrə xüsusi nümayəndəsinin köməkçisi Endryu Uintörntz deyib.

Avropa İttifaqının Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığının Gələcəyi” forumunda çıxış edən E.Uintörntz bildirib ki, Türkiyənin Rusiyadan S-400 alması F-35 proqramı baxımından qəbuledilməz risklər daşıyır: “Çünki radar sistemləri Rusiya ordusuna beşinci nəsil ən ali keyfiyyətli təyyarələrimiz F-35 haqqında həssas bilgiləri təmin edə bilər. Bizə görə bu məsələdəki qayğılarımızı azaldacaq bir tədbir yoxdur. ABŞ hökuməti məsələyə dair Türkiyə ilə görüşlərini davam etdirir. Lakin bu razılaşma Türkiyənin NATO-ya olan bağlılığı ilə üst-üstə düşmür”.

O, Türkiyənin müdafiə komplekslərini tədarük etməsi təqdirində ABŞ-ın necə hərəkət edəcəyi sualına cavab verməkdən yayınıb. Bildirib ki, Ankaranın kompleksləri almamasına ümid edirlər.


Publika.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov