Xəbər lenti

 

 Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib.

 

Bizimaz.az  bildirir ki, Bu barədə “Moskva” agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb.

Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

“Mən cinayət törətməmişəm, bunu bacarmaram. Ona kömək etmək üçün yaxınlaşmışdım, sonra isə hər şeyi mənim üstümə atdılar”.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb.

Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.

Oxu.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov