Xəbər lenti

Tramp Türkiyənin taleyini bu tarixdə Yaponiyada HƏLL EDƏCƏK - Mənbə HƏR ŞEYİ AÇDI
 

ABŞ-la Türkiyə arasında S-400 zenit raket komplekslərinin final görüşü Yaponiyada baş tuta bilər.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

Xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın son telefon danışığının məzmunundan xəbərdar olan rəsmi nümayəndə tərəflərin Yaponiyada daha detallı müzakirələr aparacağını deyib.

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində G-20 Liderlər Zirvəsi baş tutacaq. Ərdoğan və Trampın zirvə çərçivəsində təkbətək görüşəcəyi ehtimal olunur.

Rusiya Türkiyənin aldığı S-400 müdafiə komplekslərini iyul ayında təhvil verməyi planlaşdırır. Lakin bu təqvim qabağa çəkilə bilər. Türkiyə Müdafiə Nazirliyində ayrı mənbədən verilən məlumata görə, komplekslərin tədarükü 21 iyundan etibarən başlaya bilər.

Lakin Müdafiə naziri Hulusi Akar komplekslərin iyun ayında təhvil alınmayacağını bildirib. Ehtimal olunur ki, ayın sonunda baş tutacaq Ərdoğan-Tramp görüşünün nəticəsi gözlənilir.

Onu da diqqətə çatdırmaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan son zamanlarda S-400-lərdən bəhs etmir. Buna səbəb ABŞ-ın təzyiqləri qarşısında tab gətirməmək deyil, nəzakətlə rəsmi müzakirələri gözləməsi göstərilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov