Xəbər lenti

Hər kəsin gözlədiyi qərar bu tarixdə açıqlanacaq - Tramp bütün DÜNYAYA ELAN ETDİ
 

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə namizədliyini 18 iyun tarixində rəsmi şəkildə açıqlayacaq.

 

Bizimaz.az xəbər verir ki, prezident bu barədə tvitter hesabında yazıb.

“İkinci dövr prezidentlik üçün yarışacağımı 18 iyunda birinci xanım Melaniya Tramp, prezident köməkçisi Mayk Pens və həyat yoldaşı Karen Pens ilə birlikdə Floridanın Orlando şəhərində elan edəcəm. 20 min nəfərlik “Amway Center”də keçiriləcək tarixi görüşdə bizə qatılın”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-da növbəti – 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək.

İlkin müşahidələrə əsasən, Demokratlar Partiyasında prezidentliyə namizədlik rəqabətində sabiq prezident köməkçisi Co Bayden açıq fərqlə irəlidədir.

Publika.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov