Xəbər lenti



Çin hökuməti 2021-ci ildə kütləvi istehsalına başlanacaq dünyanın ən sürətli qatarının prototipini nümayiş etdirib.
 
Bizimaz.az “Total.kz”saytına istinadən xəbər verir ki, gələcəyin nəqliyyat vasitəsi maqnit sayəsində gedəcək və saatda 600 kilometr sürətə çatacaq.
 
"Məsələn Pekin və Şanxay arasında məsafəni götürək. Təyyarə ilə gedilsə, gedişə hazırlıq müddəti nəzərə alınmaqla hava ilə təxminən 4,5 saat, dəmir yolla 5,5 saat çəkər. Yeni qatarda bu zaman 3,5 saata qədər  azalacaq ", - deyə elmi-tədqiqat qrupunun rəhbəri mühəndis Din Sansal bildirib.
 
Prototip qatara düzəlişlər hələ də davam edir, lakin tezliklə qatar kommersiya istehsalına keçməlidir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov