Xəbər lenti

Trampdan DÜNYANI SİLKƏLƏYƏCƏK nüvə və F-35 açıqlamaları
 

Yaponiya ABŞ-dan 105 ədəd F-35 döyüş təyyarəsi alacaq.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Yaponiyada rəsmi səfərdə olan prezident baş nazir Şinzo Abe ilə birlikdə təşkil olunan m-ətbuat konfransında bu barədə danışıb.

Şimali Koreya haqqında da fikirlərini bölüşən Abş lideri həmkarı Kim Çen Inın çox ağıllı bir insan olduğunu və nüvə silahından imtina etməsinin vacib olduğunu vurğulayıb.

Tramp ABŞ ilə İran arasında davam edən gərginliklə bağlı açıqlama verib. Bildirib ki, İranda rejimin dəyişdirilməsində maraqlı deyillər. O, rəsmi Tehranla razılaşma əldə edə biləcəklərinə ümid etdiyini dilə gətirib: “İranda bir çox insan tanıyıram və onlar möhtəşəm insanlardır. İran eyni lider ilə gözəl ölkə olmaq şansına sahibdir. Sadəcə buna aydınlıq gətirmək istəyirəm: “Rejim dəyişikliyi axtarmırıq, biz orada nüvə silahı da axtarmırıq”.

Qeyd edək ki, Donald Trampın Yaponiya səfəri 4 günlük nəzərdə tutulub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov