Xəbər lenti

SON DƏQİQƏ: Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
 

Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisi hücuma məruz qalıb.

 

Bizimaz.az xəbər verir ki, qayıq Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub. Hadisə nəticəsində qayıqdakı 8 balıqçıdan 3-ü yaralanıb.

Yaralılar digər minik vasitəsinə keçirildikdən sonra gəmi batıb.

Rumıniya Sahil Mühafizə Xidməti İnteqrasiya olunmuş müşahidə sistemi vasitəsilə (SCOMAR) Rumıniyaya aid sularda balıqçıların qeyri-qanuni fəaliyyətini müşahidə edib. Hadisə Köstəncə Məhkəməsi tərəfindən araşdırılacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov