Xəbər lenti

60 ölkə İslam üçün birləşir: mayın 31-də...
 

İslam Əməkdaşlıq Təşkilatının 14-cü zirvəsi Məkkə şəhərində keçiriləcək.

 

Bizimaz.az xəbər verir ki, mayın 31-də baş tutacaq zirvəyə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz rəhbərlik edəcək.

“Məkkə Zirvəsi: Əl-ələ Gələcəyə” adı altında keçiriləcək zirvənin əsas mövzusu İslam dünyasının qarşılaşdığı problemlərlə bağlı ortaq məxrəcə gəlməkdir.

Təşkilatdan verilən yazılı açıqlamada qeyd olunub ki, Fələstin məsələsi və bəzi üzv ölkələrdə yaşanan son hadisələrlə bağlı müzakirələr aparılacaq. Zirvənin sonunda müzakirələrlə bağlı yekun akt imzalanacaq və Məkkə Bəyanatı açıqlanacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ötən gün Körfəz Əməkdaşlıq Şurası üzvləri və ərəb ölkələrinə Məkkədə mayın 30-da iki fövqəladə toplantı təşkil olunması ilə bağlı çağırış etmişdi. Çağırışa Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cibuti və Yəmən müsbət cavab verib.

Məlumat üçün bildirək ki, İslam Əməkdaşlıq Təşkilatı 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov