Xəbər lenti

“American Airlines” pilotlarının “Boinq” rəhbərliyi ilə toplantısının gizli səsyazması ortaya çıxıb.

 

Bizimaz.az xəbər verir ki, aviasiya dünyasını sarsıdan səsyazmada “American Airlines” pilotlarının 157 nəfərin ölümünə səbəb olan Efiopiyadakı qəzadan aylar əvvəl “Boinq” firmasına “737 Maks” təyyarələri ilə bağlı potensial təhlükəsizlik qayğılarının olduğunu bildirdiyi qeyd olunub.

Məlumata görə, “American Airlines “ pilotları “737 Maks” tipli təyyarənin oktyabr ayında İndoneziyada ilk dəfə qəzaya uğramasından bir ay sonra “Boinq” rəhbərliyi ilə görüş də olub. Toplantıda “Manevr Xarakteristikasına Əlavə Sistemi” (MCAS) adı verilən nəzarət sistemi ilə bağlı narahatlıqlar dilə gətirilib.

Gizli saxlanılan toplantıda “Boinq” rəhbərinin müavini Mayk Sinnet də iştirak edib.

“Hələlik heç kim yeganə səbəbin təyyarədəki bu funksiya olduğu qənaətinə gəlməyib”, - o deyib.

Toplantıda iştirak edən Birləşmiş Pilotlar Dərnəyinin (APA) Təhlükəsizlik Komitəsi sədri Mayk Mayklis pilotların belə bir sistemin mövcudluğundan xəbərdar olmadığını bildirib.

Qeyd edək ki, “Boinq 737 Maks” təyyarəsi İndoneziya və Efiopiyadakı qəzalardan sonra dünyanın 40-dan çox ölkəsində qadağan edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov