Xəbər lenti


Xəbər verdiyimiz kimi, dünən Kann Kino Festivalının açılış mərasimi baş tutub.

 

Bizimaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılışda aktrisa Dilan Çiçək Dənizlə Məryəm Üzərli də iştirak edib. Hər iki aktrisa gecədə geyimləri ilə böyük diqqət toplayıb.

Hakan Yıldırım imzalı mavi libası ilə qırmızı xalçada poza verən Dilan Çiçək Dəniz “Messika” zərgərlik evinin özəl zinət əşyası ilə diqqət mərkəzində olub. O, obrazını hər biri diqqətlə seçilmiş 25 ədəd damla şəklində brilyantdan hazırlanan, 800 min avroluq boyunbağı, sırğa və bilərziklə tamamlayıb. Aktrisanı qırmızı xalçada mühafizəçilər qoruyub.

Məryəm Üzərli isə hər zamankı kimi geyimi ilə gündəm yarada bilib. Şəffaf ziyafət libasında fotolarını paylaşan ulduzun bu geyimi bir qrup modapərəstlər tərəfindən bəyənilsə də, digər qrupun kəskin tənqidi ilə qarşılaşıb.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov