Xəbər lenti

Səudiyyə Ərəbistanında “Şərq-Qərb” boru kəmərinə dron hücumu təşkil edilib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Fəlih açıqlamasında deyib.

Məlumata görə, səhər saatlarında baş verən hücum nəticəsində 8 nömrəli stansiyada yanğın baş verib. Yanğını lokallaşdırmaq mümkün olub.

Səudiyyə Ərəbistanının “Aramco” şirkəti zərərin hesablanması və təmir işləri ilə əlaqədar olaraq kəmər vasitəsilə neft verilməsini dayandırıb. Şirkət baş verənləri “qorxaq hücum, terakt və diversiya” adlandırıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov