Xəbər lenti

Prezident Ağ Evdə müsəlmanları bir araya topladı
 

ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar süfrəsi açıb.

 

Bizimaz.az xəbər verir ki, Ramazan ayının gəlməsi şərəfinə təşkil edilən ziyafətdə müsəlman ölkələrinin rəsmi nümayəndələri iştirak edib.

Yeməkdən öncə çıxış edən prezident Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətli bir ortaq dəyər olduğunu deyib. “Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi zamanda bu iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir” -, Tramp qeyd edib.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldiyi ilk ildə iftar süfrəsi açmamışdı. O, ilk iftar yeməyini ötən il verib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov