Xəbər lenti


BMT-nin reytinqinə görə, Finlandiya artıq ardıcıl ikinci il dünyanın ən xoşbəxt ölkəsi oldu.
 
"World Happiness" adlı hesabatda bildirilir ki, tədqiqat çərçivəsində dünyanın 156 ölkəsi 6 əsas parametr üzrə təhlil olunub. Sözügedən parametrlər adambaşına düşən ÜDM-i, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya və səxavətlilik səviyyəsini əhatə edir.
 
Teytinqin ilk pilləsində 7,769 indeksi ilə Finlandiya qərarlaşıb. Siyahıda ikinci yeri Danimarka (7,600), üçüncü yeri isə Norveç (7,554) tutub. Reytinqin ilk beşliyini İslandiya (7,494) və Niderland (7,488) tamamlayır.
 
Siyahının ilk onluğuna İsveçrə (7,480), İsveç (7,343), Yeni Zelandiya (7,307), Kanada (7,278) və Avstriya (7,246) daxil olub.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov