Xəbər lenti

Türkiyənin “Roketsan” şirkəti son dövrlərdə terror hücumlarında tez-tez istifadə olunan partladıcı yüklü hava vasitələri və kustar üsulla düzəldilmiş partlayıcıları zərərsizləşdirmək üçün “Alka” yönləndirilmiş enerji silah sistemini yaradıb.

 

Bizimaz.az xəbər verir ki, şirkət 14-cü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (İDEF 19) yeni silahı ilk dəfə təqdim edib.

“Alka” ilk dəfə təqdim olunan test görüntülərində kustar üsulla düzəldilmiş partlayıcı, təhlüksəzliyi pozan dron, sursat daşıyan dron, casus dron və dron sürüsü hücumları kimi təhdidləri uğurla zərərsizləşdirib.

“Alka” dron, sabit qanadlı model təyyarə kimi terror fəaliyyətlərində istifadə olunan vasitələrə qarşı olduqca təsirli bir sistemdir. Eyni zamanda kustar üsulla düzəldilmiş partlayıcıların uzaqdan zərərsizləşdirilməsini təmin edir. Üzərindəki həssas radar və elektrooptik sistemlərlə birdən artıq hədəfin eyni anda təqibini həyata keçirir və məhv edə bilir. Hazırda “Roketsan”ın müəssisələrindən birini bu sistem dron hücumlarından qoruyur”, - “Roketsan” rəsmisi Uğur Kayasal deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov