Xəbər lenti

Qətərdən 480 milyonluq nəhəng YARDIM KAMPANİYASI
 

Qətər Fələstinə maddi yardım göndərib.

 

Bizimaz.az-n  xəbərinə görə, Qətər əmiri Şeyx Təmim ibn Həmid Əl Sani blokada altında olan Qəzza zolağı və Qərbi Şəriədə yaşayan fələstinlilərə 480 milyon dollar maddi yardım edilməsi üçün təlimat verib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi informasiya yayıb. Bildirilib ki, bu təşəbbüs iki ölkə arasında qardaşlıq və din bağlarından irəli gəlib.

Yardımın 300 milyon dollarlıq qisminin Fələstin hökumətinin təhsil və səhiyyə sektoru büdcəsinə nəğd və kredit formasında veriləcəyi qeyd olunub. Digər qismi isə humanitar yardımlar üçün ayrılacaq.

Həmas Qruplaşmasının siyasi bürosunun başçısı İsmayıl Həniyyə verilən dəstəyə görə Qətərə təşəkkürünü bildirib.

Qeyd edək ki, rəsmi Doha blokada altında olan Qəzza zolağındakı humanitar problemləri yüngülləşdirmək üçün 2007-ci ildən bəri Fələstinə kömək edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov