Xəbər lenti

ABŞ ordusunda ŞOK STATİSTİKA - 20 min hərbçi zorlanıb
 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2018-ci ildə ordudadı cinsi istismarla bağlı hesabat yayıb. Orduda cinsi təcavüzlərin sayında artım müşahidə edilir.

 

Bizimaz.az xəbər verir ki, hesabatda 20 500 əsgərin təcavüzə məruz qaldığı bildirilir.

Bu rəqəm əvvəlki illərlə müqayisədə 38 faiz çoxdur. Təcavüz hallarının 6053-ü barədə rəsmi olaraq müraciət edilib.
2016-cı ildə ABŞ ordusunda cinsi təcavüzə məruz qalanların sayı 14900 olmuşdu. Pentaqon 2004-cü ildən cinsi təcavüz hallarının azaltmaq və bu hala məruz qalanların şikayət etməsi üçün bir sıra proqramlar hazırlayıb. Lakin buna baxmayaraq təcavüz hallarında azalma qeydə alınmır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov