Xəbər lenti

İranda minlərlə insan küçələrə axışdı - 40 şəhərdə ETİRAZ AKSİYASI
 

İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi dinc etiraz aksiyası keçirilib.

 

Bizimaz.az xəbər verir ki, 2 may “Müəllim Günü” münasibətilə keçirilən aksiyalara Tehran, Yəzd, Həmədan, Mazandaran, Rəzəvi Xorasan, Cənubi Xorasan, Kirmanşah, İsfahan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Əlbürz, Gilan və digər əyalətlərindən minlərlə müəllim qatılıb.

Dinc etirazlarda müəllimlər yazılı plakatlar qaldırıb şüarlar səsləndirərək, maaşlarının artırılmasını, bir neçə aydır gecikdirilmiş maaşlarının ödənilməsini, təhsildə ayrı-seçkiliyə son qoyulmasını, təhsilin ana dilində tədris olunmasını, müəllimlərin peşə sığortası ilə bağlı problemlərin aradan qaldırılmasını, həbs edilən həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.

“Günaz”ın məlumatına görə, Tehranda isə İranın mülki geyimli təhlükəsizlik qüvvələri müəllimlərin dinc aksiyasına hücum edərək, bir neçə etirazçını tutub naməlum istiqamətə aparıblar. Həbs edilənlər arasında tanınmış müəllimlər də var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov