Xəbər lenti



Londonun Sotbis auksion evi italyan rəssam Centile Bellininin şagirdinin çəkdiyi Qanuni Sultan Süleymanın portretini 5 milyon 323 min 500 funt sterlinqə satıldığını bəyan edib.
 
Portret 311 şəkildən ibarət “İslam dünyası incəsənəti” kolleksiyasına daxildir.
 
Portret 1520-ci ildə Venesiyada Sultan Süleymanın taxta çıxdığı dövrdə çəkilib. Rəssam portreti Osmanlı sarayına giriş hüququ olan avropalı diplomatların danışdıqları əsasında çəkib.
 
Portretin ilkin qiyməti 250 mindən 350 min funt-sterlinqəcən dəyişib.
 
Sotbis auksion evinin Yaxın Şərq və İslam incəsənəti üzəri mütəxəssisi Aleksandra Roy Sultan Süleymanın portretinin kolleksiyada təmsil olunan ən qiymətli əsər olduğunu deyib.(Avropa.info)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov