Xəbər lenti

Bu tarixə DİQQƏT - Yalnız 2 milyard insan görə biləcək
 

340 metrlik asteroid Dünyaya 31 min kilometr məsafədən keçəcək. Asteriodin Yerə bu qədər yaxından keçməsi min ildə bir dəfə rast gəlinən hadisədir.

 

Bizimaz.az xəbər verir ki, bu barədə ABŞ-ın Massaçauest Texnologiya Universitetinin planetlər üzrə mütəxəssisi Riçard Binzel “Planet Müdafiə Konfransı”nda çıxışı zamanı deyib.

Alim bildirib ki, asteroid yerə 2029-cu il aprelin 13-də yaxınlaşacaq.

“Beləliklə, böyük bir səma cisminin Dünyaya bu qədər yaxınlaşması ancaq min ildə bir baş verə biləcək hadisədir, dolayısı ilə bu məsələdə fürsətləri dəyərləndirməliyik. Asteroidin dünyaya toqquşma ehtimalı yoxdur. Lakin onun orbitlə əlaqəli keçəcəyini prosesi izləməklə biz onun Yeri potensial asteroid təxribatından qoruya bilərik. O, Afrika qitəsi üzərindən qərbdən şərqə doğru irəliləyəcək. Atlantik Okean və ABŞ-ı qət edəndən sonra Sakit ocean üzərində Dünyanın orbitindən çıxacaq”.

Alim bildirib ki, asteroidin hərəkət trayektoriyası üzərində yaşayan təxminən 2 milyard insan onu adi gözlə görə biləcək.

Misirin pislik tanrısı Apofisin adını daşıyan Dünyanın yaxınlığından keçən asteroid 2004-cü ildə ABŞ-ın Arizona əyalətində kəşf edilmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov