Xəbər lenti



Çeçenistan lideri Ramzan Kadırov bu günlərdə dünyaya gəlmiş  ilk nəvəsinə Həzrət Əlinin(s) şərəfinə Turpal-Əli adını qoyub. 
 
Bizimaz.az :Moderator.az bu haqda Dağıstan mediasına istinadla xəbər verir.
 
Çeçen Respublikasının başçısı sosial şəbəkələrdə yeni doğulmuş körpə ilə bağlı bir video-görüntü yayıb və burada bu balaca oğlana böyük ümidlər bəslədiyini bildirib.  R.Kadırov nəvəsinə Turpal-Ali adı verilməsinin səbəblərini də izah edib.
 
"Mənim sevimli nəvəm, mənim Turpal-Əlim, sən hələ  çox kiçiksən. Amma səni bizə verən Allah  kövrək çiyinlərinə böyük bir məsuliyyət qoyub.  Başqa cür necə ola bilər ki? Birincisi, sən öz adını İslamın böyük sərkərdəsi İmam Əlinin(s) şərəfinə daşıyırsan. İkincisi, sənin atan Peyğəmbərimizin(s) sevimli  əmisi Həmzənin  adını daşıyır. Üçüncüsü, sən çeçen xalqının unudulmaz xilaskarı Əhməd-Hacının nəticəsisən.  Balaca, görürsən,  boynunda nə qədər xeyir və məsuliyyət  var?”-deyə videoya şərhində Çeçenistan başçısı yazıb.
 
Qeyd edilir ki, körpənin atası Çeçen Respublikası liderinin qardaşı oğlu  Həmzət Kadırovdur.  Həmzətin atası Zəlimxan  2004-cü ildə qəza nəticəsində  faciəli şəkildə həyatını itirib. Bundan sonra Ramzan Kadırov Həmzəti oğulluğa götürüb və   bu səbəbdən onun ilk övladını özünün ilk nəvəsi kimi qəbul edib.
 
P.S.  Qeyd edək ki, “Turpal” sözü qədim əfsanəvi “Tulpar” adından götürülüb.
Tulpar (başqırdca: Толпар, qazaxca: Тұлпар, tatarca: Тулпар, qırğızca: Тулпар, rusca: Тулпар və ya Тулпа́р) — türk, qırğız və altay mifologiyasında adı çəkilən qanadlı uçan at, Peqas ilə bənzərdir. Qırğızların Manas dastanında bu uçan qanadlı atlardan söz edilir. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanda kəşf edilən kurqanda olan qızıl geyimli adam adlı tapıntının başlığında tulpar fiquru vardır.
 
Tulparın adı, Türk, qırğız və Altay mifologiyalarında keçər. Ümumiyyətlə ağ və ya qara (tək rəng) bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Kuday (Tanrı) tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılmışdır. Dünyanın ən uzun dastanı olan qırğızların Manas dastanında, Manasın məşhur döyüşçülərinin sürdüyü qanadları ilə küləkdən sürətli qaçdığı deyilən əfsanəvi atlardan bəhs olunur. Başqırd inanclarına görə qanadlarını heç kim görə bilməz. Tulpar qanadlarını yalnız qaranlıqda, böyük maneələri və məsafələri aşarkən açar. Əgər biri tərəfindən qanadları görülsə, Tulparın yox olacağına inanırlar. Osetinlər Tolpar, çeçenlər Turpal deyərlər. 
 
Qumuq atalar sözündə belə deyir.
 
Tulpar yerun birevü buççağunda tapsa da, öz yılkısın tabar.
(Tulpar dünyanın bir başqa küncündə olsa da, öz sürüsünü tapar.)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov