Xəbər lenti

Səudiyyə Ərəbistan An-132 nəqliyyat təyyarələrinin hazırlanması üçün Ukrayna ilə birgə formalaşdırılan layihədən çıxıb.

 

Bizimaz.az xəbər verir ki, bunu UNİAN agentliyinə açıqlamasında “Antonov” dövlət müəssisəsinin rəhbəri Aleksandr Donets deyib. O, müəssisənin An-132 təyyarəsi layihəsini dondurmadığını və yeni sifarişçilər, eləcə də tərəfdaşlar axtardığını deyib.

Donets həmçinin müəssisənin An-132D təyyarəsinin istehsalını uğurla davam etdirdiyini və onun öz sələfi An-132-dən tam rəqəmsal kabinəyə sahib olmaqla fərqləndiyini bildirib.

O, An-132-nin Rusiya komplektlərindən istifadə edilmədən hazırlanan yeganə Ukrayna təyyarəsi olduğunu söyləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov