Xəbər lenti

2018-ci il ərzində Rusiyanı 7 min milyonçu tərk edib.

 

Bizimaz.az xəbər verir ki, bu nəticə “New World Wealth” apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, milyonçu axınının bu göstəricisi ucbatından Rusiya dünyada ikinci yerdə qərarlaşıb. Birinci yeri isə Çin tutub. Belə ki, bu ölkədən keçən il ərzində 15 min milyonçu qaçıb.

Onlardan sonrakı yerlərdə isə Hindistan, Türkiyə və Fransa qərarlaşıb. Hindistanı 5 min, Türkiyəni 4 min, Fransanı isə 3 min milyonçu tərk edib.

Ölkələrini tərk edən milyonçular daha çox Avstraliyaya üz tuturlar. Keçən il ərzində bu ölkəyə 12 min milyonçu gəlib. Ondan sonrakı yerlərdə isə ABŞ (10 min) və Kanada (4 min) qərarlaşıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov