Xəbər lenti

Rusiyanın ən zəngin ermənilərindən biri olan Sergey Sərkisovun kiçik oğlu hələlik naməlum olan preparatdan artıq istifadə nəticəsində komaya düşüb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə məlumat “Mash” Teleqram kanalında yayımlanıb. O, komaya Moskvanın ən məşhur klublarından birində olarkən düşüb.

Sərkisov aprelin 14-də Moskva xəstəxanalarından birinin reanimasiyasına yerləşdirilib. Həkimlərin bir müddət sonra milyarderin oğlunu “möcüzə nəticəsində” xilas etdikləri bildirilib və nəticədə o, terapiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, Sergey Sərkisov qardaşı Nikolay Sərkisovla birgə Rusiyanın ən zəngin iş adamlarından biridir. Qardaşların ümumilikdə sərvəti 1,5 milyard dollardır.

Sergey Sərkisovun 5 övladı var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov