Xəbər lenti

Çin ölkədəki həbsxanaların yanında fabrik inşa edərəkmüsəlmanları pulsuz işlədəcək.

 

Bizimaz.az xəbər verir ki, bunu Şərqi türküstanlı dosent Ərkin Emet deyib. O, Çinin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı göstərdiyi təzyiqi özlərinin də etiraf etdiyini bildirib:

“Hazırda Şərqi Türküstanda çox sayda həbsxana tikilir. Məqsədləri bu həbsxanaların yanında fabriklər tikərək, pulsuz işçi qüvvəsindən istifadə etməkdir. Onsuz da müsəlmanlara tətbiq etdikləri işgəncələrlə onları beyinlərindən istifadə etmədən yaşayan insanlara çevirməyə çalışırlar. Bütün bunların nəticəsində insanların əlində qalan tək şey - fiziki qüvvələrindən istifadə etmək istəyirlər”.

Şərqi türküstanlı professor Əbdülrəşid Cəlil Karluq isə Şərqi Türküstanda son 3 il ərzində 234 həbsxana tikildiyini bildirib:

“234 həbsxana zülmün nə qədər böyük həcmdə olduğunu göstərir. Çin artıq bu rəqəmləri gizlətməyə belə ehtiyac duymur. Çünki Çində daxildəki vəziyyətin xaricə necə bildirilməsi ilə bağlı siyasi ənənə var. Düşərgələri də inkar etdilər. Peyk vasitəsilə düşərgələr ortaya çıxan kimi dedilər ki, təlim düşərgələridir. Tikilən həbsxanaların yalnız sayı belə çox şey deyir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov