Xəbər lenti

Ölkə günə ŞOKLA BAŞLADI - Paytaxtın bir addımlığında...
 

Şri-Lankada daha bir terror aktı baş verib.

 

Bizimaz.az xəbər verir ki, paytaxt Kolombodan 40 km məsafədə yerləşən Puqoda şəhərində partlayış meydana gəlib.

Tələfat haqqında məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Pasxa bayramı günü Koççikade şəhərindəki St. Entonii, Katanadakı St. Sebastiyan, Battikaloadakı Məryəm Ana kilsələrində və Kolomboda yerləşən 3 lüks hoteldə partlayışlar meydana gəlmişdi. Daha sonra paytaxtda iki partlayış da törədilmişdi. Hadiə nəticəsində 359 nəfər ölmüş, 500 insan yaralanmışdı.

Hücumlarla bağlı olan şübhəli sayı 58 nəfərə çatıb. İnterpol və ABŞ Federal Təhqiqatlar Bürosu bölgədə fəaliyyətdədir.

Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov