Xəbər lenti



Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında təkbətək görüş başlayıb.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, Putin Kim Çen İni yenidən ən yüksək vəzifəyə seçilməsi münasibətilə şəxsən təbrik edib, həmçinin görüşə şad olduğunu deyib.

Putin vurğulayıb ki, Kim Çenin səfərinin əlaqələrin inkişafı və nüvə probleminin nizamlanması prosesinə pozitiv dəstək verəcəyinə əmindir. Rusiya lideri bu istiqamətdə Kim Çenin atdığı addımları və ABŞ-la dialoqu da alqışlayıb.

Kim Çen isə bildirib ki, Koreya yarımadası ilə bağlı fikir mübadiləsi və Putinlə danışıqların əhəmiyyətli olacağına ümidlidir.

Təkbətək danışıqlardan sonra görüşün nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam edəcəyi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov