Xəbər lenti



Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Primorsk əyalətinin Xasan dəmiryolu stansiyasına gəlib.

 

Bizimaz.az  xəbər verir ki, Kim Çeni stansiyada Rusiya Xarici İşlər nazirinin müavini İqor Moqrulov, Primorsk diyarının qubernatoru Oleq Kojemyako, Şərqin İnkişafı naziri Aleksandr Kozlov qarşılayıb.

Görüşün video görüntülərini qubernator Kojemyako öz İnstaqram səhifəsində paylaşıb. Videoda Kim Çen İn və onu müşayiət edən şəxslərin – XİN rəhbəri Li Yo Honun və birinci müavin Çoy Sin Xinin vaqondan enməsi əks olunub.

Qeyd edək ki, Kim Çenin 27 aprelə qədər Vladivostoka gələcəyi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov