Xəbər lenti



Şri Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb.

 

Bizimaz.az xəbər verir ki, partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.

Terakt nəticəsində ölənlərin sayı 52, yaralıların sayı isə 280 nəfərə çatıb.

***

Şri Lankada otel və kilsələrdə baş verən partlayış nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. 360 nəfər isə yaralanıb.

***

“Nyus 1ST” telekanalı partlayışlar nəticəsində ölənlərin sayının 185-ə çatdığını bildirib.

Kanalın məlumatına görə, ölənlərdən 35-i xarici ölkə vətəndaşıdır.

***

Şri Lankada daha iki partlayış baş verib.

Partlayışlardan biri ölkənin qərbində yerləşən Dehivala şəhərində törədilib. Nəticədə iki nəfər ölüb.

Polisin məlumatına görə, ölkədə 8-ci partlayış baş verib. Sonuncu partlayışla bağlı hələlik heç bir məlumat verilməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov