ABŞ növbəti dəfə şiddətli qasırğaların cənginə düşüb.
Bizimaz.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” informasiya yayıb.
Məlumata görə, şiddətli qasırğa artıq ölkədə 5 nəfərin ölümünə səbəb olub. Ölüm halları Florida, Missisipi və Alabama ştatlarında qeydə alınıb.
Ümumilikdə qasırğalar ABŞ-ın 24 ştatına güclü ziyan vurub.