Xəbər lenti

Çin aprelin 23-də keçiriləcək hərbi-dəniz paradında ilk dəfə ictimaiyyətə yeni tipli hərbi gəmilərini nümayiş etdirəcək.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Çin Hərbi Dəniz Qüvvələrinin komandirinin müavini Çyu Yanpen danışıb.

“Hərbi paradda “Lyaonin” təyyarədaşıyan gəmisi, həmçinin yeni tip atom sualtı qayığı, yeni tip gəmilər, döyüş təyyarələri iştirak edəcək”, - Yanpen mətbuat konfransında çıxışı zamanı deyib.

Qeyd edək ki, 22-25 aprel tarixlərində Çindao şəhərində Çin Xalq Qurtuluş Ordusunun Hərbi Dəniz Qüvvələrinin 70 illiyi münasibətilə təntənəli mərasim keçiriləcək. Mərasimdə 60 ölkənin nümayəndə heyətləri iştirak edəcək. Bundan əlavə aprelin 23-də Çindaonun hava məkanı və akvatoriyasında parad təşkil olunacaq. Bu paradda 10-dan artıq ölkənin 20 hərbi gəmisinin iştirak edəcəyi bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov