Xəbər lenti

Bir seçki marafonunu uğurla tamamladıq. Hüquqi dövlət olan Türkiyədə seçkilər demokratiya şənliyi ilə gerçəkləşdirilib. Bir sıra müzakirələr olub, ancaq bu vəziyyət demokratiyamızın uğurla işləməsini növbəti dəfə təsdiqləmək üçün əngəl deyil.

 

Bizimaz.az: bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə seçkiləri barədə danışarkən deyib.

“Bir məsələ çox vacibdir. Dünyada bizim kimi iştirak səviyyəsinə səhnə olan bir başqa ölkə yoxdur. 85 faizə çatan olduqca yüksək seçici fəallığı ilə keçirilən bu seçkilərin bütün millətimiz üçün xeyirli olmasını diləyirəm.

Bu gün ABŞ-da belə bu rəqəm 50 faizdən aşağıdır. Türkiyədə isə 85 faizə çatır. Demokratiyaya sahib çıxan bütün vətəndaşlarıma təşəkkür edirəm. Demokratiyamıza verilən bu güclü dəstək milli iradənin həyata keçirilməsi adına tarixi bir nailiyyətdir.

Seçki qanunumuz çərçivəsində edilən haqq axtarışı mübarizələri demokratiyanın bir imkanı, eyni zamanda gərəyidir. Buna görə də heç kim haqq axtarmaq yoluna gedildiyi üçün kimisə təhqir edə bilməz. Keçmişdən bu günə istənilən siyasi partiya haqq axtarışı mübarizəsi verib. Son nöqtə qoyulana qədər də məsələni diqqətdə saxlayıblar. Hadisə bizim partiyamızda olanda niyə narahat olursunuz? Biz də sonuna qədər bu mübarizəmizi aparacağıq. ASQ nöqtəni qoyduğu zaman bizim üçün də məsələ bitmişdir. Ondan sonra da yola davam. Siyasət millətin məsləhətini öz mənfəətindən üstün tutmağı tələb edir. Türkiyənin və vətəndaşlarımızın birlik və bərabərliyi istənilən siyasi hesabdan üstündür”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ali Seçki Qurumu ötən gün CHP-çi Əkrəm İmamoğluna İstanbul bələdiyyə başqanı olduğunu təsdiqləyən sənədi təqdim edib.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov