Xəbər lenti


Parisdə yanmış Notr-Dam kilsəsinin bərpası üçün qısa müddət ərzində bir milyard avrodan çox ianə toplanıb.

 Bu barədə “Le Parisien” qəzeti yazır.

Nəşrin məlumatına əsasən, iri məbləğli ianələr daha çox böyük şirkətlərdən və biznesmenlərdən daxil olur.

Bundan başqa, vəsaitin müəyyən hissəsi Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan ayrılıb.

Fransanın mədəniyyət naziri Frank Riester səxavətli insanların internet dələduzlarının qurbanına çevrilməməsi üçün öz “Twitter” səhifəsində ianə üçün etibarlı internet-portalların adlarını sadalayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Notr-Dam Kilsəsinin restavrasiyasının beş ilə yaxın vaxt aparacağını açıqlamışdı.


 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov