Xəbər lenti

Rusiyadan internetlə bağlı İLGİNC QƏRAR: noyabrın 1-dən sonra...
 

Rusiya öz internet şəbəkəsini quracaq.

 

Bizimaz.az xəbər verir ki, Rusiya parlamentinin alt qanadı Dumada ölkənin öz internet şəbəkəsinin qurulmasını ehtiva edən qanun layihəsi təsdiq edilib.

“Runet” adı verilən yeni şəbəkənin layihəsi Federasiya Şurasına göndəriləcək. Daha sonra şuranın təsdiqi ilə 1 noybar 2019-cu il tarixindən qüvvəyə minəcək.

“Runet” vasitəsilə paylanan internetə nəzarət Rusiyanın “Roskomnadzor” milli telekom izləmə təşkilatı tərəfindən təmin olunacaq.

Layihənin şuraya göndərilməsindən sonra ölkədə müzakirələr zirvəyə çıxıb. Rusiyada kiber-hücumların qarşısını almaq və terror fəaliyyətləri ehtimalına qarşı tədbirlər görmək məqsədilə hazırlanan layihəyə bir qisim dəstək verərkən, bəzi insanlar şəbəkənin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov