Xəbər lenti

Şimali Koreya Ali Xalq Məclisi prezidiumunun rəhbəri vəzifəsinə yeni şəxs təyin olunub.

 

Bizimaz.az xəbər verir ki, bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. Məlumata görə, bu vəzifəyə Kim Çen İnın köməkçisi, keçən il ABŞ-ın sanksiyalar siyahısına düşmüş Çoy Ryon Xen gətirilib. O, bu vəzifədə 20 il prezediumun rəhbəri olmuş Kim Yon Namı əvəz edib.

Çoy Ryon Xenin bunun sayəsində gələcəkdə Pxenyanı beynəlxalq arenada təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Şimali Koreya qanunvericiliyinə əsasən Çoy dövlətin başçısı sayılır. De-fakto isə ölkədəki real hakimiyyət Dövlət Şurasının rəhbəri olan Kim Çen İn və qohumlarına aiddir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov