“Wikileaks” saytının yaradıcısı Cullian Assanc Londonda polis tərəfindən saxlanılıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Yeddi il ərzində ona sığınacaq vermiş Ekvador səfirliyinin jurnalist və ictimai fəalı onun səfirlikdən kənarlaşdırdığı bildirilir. O, səfirlik hüdudlarını tərk edən kimi polis tərəfindən qandallanıb.
Assancın saxlanılmasına əsas onun 2012-ci ildə girov müqabilində azad edilmə şərtlərini pozması olub.
O, İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. 2017-ci ildə istintaqa xitam verilməsə də, Assanc onun Stokholma göndəriləcəyindən, oradan isə ABŞ-a ekstradisiya olunacağından çəkinir.
Belə ki, saytda çalışdığı müddətdə Pentaqonun məxfi sənədlərini yaydığına görə ona ölüm cəzası da verilə bilər.