1915-ci ildə yaşanan hadisələrin “erməni soyqırımı” kimi tanınması ilə bağlı ABŞ Konqresinə qərar layihəsi təqdim edilib.
Bizimaz.az xəbər verir ki, layihə Nümayəndələr Palatası və Senata eyni zamanda təqdim olunub.
Nümayəndələr Palatasına verilən qərar layihəsi Kəşfiyyat Komitəsi sədri və Kaliforniya senatoru Adam Şiff tərəfindən hazırlanıb. Burada Konqresin iki qanadının erməni soyqırımını tanıma və anmağı ABŞ-ın siyasəti olaraq ifadə edilib. Senata verilən layihənin müəllifləri isə Nyu Cersi senatoru Bob Menendez və Texas senatoru Ted Kruzdur.