Xəbər lenti


Rusiya prezidenti Vladimir Putin təbiəti ciddi təhlükə qarşısında qoyan problemlərlə bağlı narahatlığını dilə gətirib.

 

Bizimaz.az:  prezident Arktikada heyvan və bitki növlərinin həyatına qarşı təhlükələrin artdığını bildirib.

Ötən gün Sankt-Peterburqda gerçəkləşdirilən Beynəlxalq Arktika forumunda çıxış edən Putin vurğulayıb ki, qütb ayılarının taleyi ilə bağlı narahatdır və onlar üçün kədərlənir: “Qlobal istiləşmə ilə yanaşı, Arktikada iqtisadi sahədəki inkişafla bərabər canlılar aləminə risklər də artır. Bunu diqqət mərkəzində saxlamalıyıq”.

Qeyd edək ki, Vladimir Putin heyvanlara qarşı həssas münasibətilə ilə tanınır. O, 2010-cu ildə Rusiya Coğrafiya Toplumu ilə birlikdə Şimal Qütb Dairəsinə səfər etmiş və 230 kq çəkisi olan bir qütb ayısına müşahidə cihazı taxmışdı. Rus lider SSRİ-dən sonra zibilliyə çevrilən bölgənin təmizlənməsi üçün təlimat vermişdi.

 


/Publika.az/

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov