Xəbər lenti

İsrail seçkiləri: Hər iki tərəf zəfər elan etdi
 İsraildə keçirilmiş növbədənkənar parlament seçkilərində “Likud” partiyasına rəhbərlik edən İsrailin Baş naziri Binyamin Netanyahu və “Kahol-Lavan” mərkəzçi blokuna rəhbərlik edən İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans qalibiyyətlərini elan edib.

Bizimaz.az xəbər verir ki, səslərin əksər hissəsinin hesablanmasından sonra parlamentdə mövcud olan yerlərdən “Mavi-bəyaz” (Kahol-Lavan) hərəkatının 36-37, “Likud” partiyasının isə 33-36 arası yer alacağı bildirilir.

Hans seçkilərlə bağlı ilk açıqlamasında “biz qazandıq! İsrail xalqı öz sözünü dedi. Minlərlə fəala və bir milyondan çox seçiciyə təşəkkür edirəm. Bu seçkilərin açıq şəkildə bir qalibi və bir məğlubu var. Netanyahu 40 yer sözü vermişdi və məğlub oldu” ifadələrini işlədib.

Netanyahu da rəqibinin açıqlamasına bənzər şəkildə çıxış edib: “Likud”un liderlik etdiyi sağ qanad bloku açıq şəkildə zəfər qazanıb. İsrail vətəndaşlarına bizə güvəndikləri üçün təşəkkür edirəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov