Xəbər lenti

Səfərbərlik elan olundu: İki ölkənin  ordusu Türkiyə ilə sərhədə yerləşdirildi
 

Bolqarıstan Türkiyə ilə sərhəd xəttində hərbi qüvvələrini yerləşdirib.

 

Bizimaz.az xəbər verir ki, buna səbəb bir qrup əfqanıstanlı və iranlı miqrantın Yunanıstana və Bolqarıstana getmək üçün Ədirnə şəhərinə toplanması olub.

“Ədirnə Ümid Səfəri” adı altında sosial mediada paylaşımlar edən bir qrup tərəfindən təşkilatlanan miqrantlar Türkiyənin sərhəd qapılarını açmaq ümidi ilə Ədirnəyə axın edib. Son 4 gündə şəhərə gələn 1955 miqrant saxlanılıb. Bundan sonra Bolqarıstanın baş naziri Boyko Borisov nazirlərin təcili toplantısını təşkil edib. Baş nazir ehtimal olunan qaçqın axınına qarşı sərhəddəki təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılması təlimatını verərək ordunu səfərbər olmağa səsləyib.

Yunanıstanın daxili işlər naziri Mladen Marinov da Türkiyə ilə sərhəddə təhlükəsizlik tədbirlərinin yüksək səviyyəyə çıxarıldığını, sərhəd xəttində nəzarəti gücləndirəcəklərini bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov