Xəbər lenti


Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarrantın növbəti məhkəməsi baş tutacaq.

 

Bizimaz.az xəbər verir ki, 50 nəfərin həyatına son qoyan terrorçu sabah 50 müxtəlif cinayət və 39 dəfə cinayətə cəhd etməkdə ittiham olunacaq.

Paremoremo şəhərindəki xüsusi nəzarət olunan “Auckland” həbsxanasında bir nəfərlik otaqda saxlanılan Tarrantın sabahkı məhkəmə prosesində kamera vasitəsilə iştirakı gözlənilir.

Qeyd edək ki, 28 yaşlı Brenton Tarrant Avstraliyada anadan olub. O, vəkilinin xidmətindən imtina edərək müdafiəsini özünün edəcəyini açıqlamışdı. Cinayətkarın bu həmlə ilə məhkəmə prosesini təxribat platformasına çevirə biləcəyinə dair müzakirələr gedirdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov