Xəbər lenti

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İraqda müxtəlif layihələrin həyata keçirilməsi və Bağdadda Kral Salmanın adına idman şəhərciyinin inşa edilməsi üçün 1 milyard dollar ayırıb.

Bizimaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İraqda səfərdə olan Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi Bağdadda keçirilən mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində İraq ilə Səudiyyə Ərəbistanının bütün sahələrdə ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, iki ölkənin maraqlarına uyğun əməkdaşlığın genişləndirilməsi, strateji əməkdaşlığın inkişafı və bu ölkələr arasında sərmayələrin təşviqi məsələləri müzakirə ediləcək.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov