Xəbər lenti

Ağ Evdə daha bir önəmli istefa
 

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Nauert istefa verib.

Bizimaz.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo Tvitterdə məlumat yayıb. 

Onun sözlərinə görə, Nauert əsası 1946-cı ildə senator Ceyms Uilyam Fulbrayt tərəfindən qoyulmuş “Fulbrayt”  tələbə proqramı üzrə işə başlayıb. 

“Dövlət Departamentinin mehriban kollektivi adından Hizer Nauertə iki il ərzində gördüyü mükəmməl və misilsiz fəaliyyətinə görə minnətdarlıq edirəm. Sən “Fulbrayt” proqramında işləməklə Amerikanı yaxşı təmsil edəcəksən”, - deyə Pompeo bildirib.

Xatırladaq ki, H. Nauert 24 aprel 2017-ci ildə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri təyin edilmişdi. Prezident Donald Tramp 7 dekabr 2018-ci ildə Nauerti ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd göstərəcəyini açıqlamışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov